YARADILIŞ DƏLİLLƏRİ

Oturduğunuz yerdən ətrafınıza baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Continue reading

SANİYƏDƏ 500 DƏFƏ ÇIRPINAN QANADLAR

Ağcaqanad, qanadlarını “saniyədə” təxminən “500 dəfə” çırpır. İnsan, öz qollarıyla bu hərəkəti olduqca məhdud sayda reallaşdıra bildiyi halda, o bunu bir saniyədə 500 dəfə edir. Saniyədə 500 dəfə fasiləsiz hərəkət edən belə güclü mexanizm süni olaraq yaradıla bilməz. Müxtəlif vasitələrlə yaradılan buna bənzər mexanizmlər, sürtünmənin şiddətindən qısa müddət sonra yanır. Amma ağcaqanad, həyatı boyunca uçduğu hər saniyədə qanadlarını bu tezliklə çırpır və heç bir problem yaşamır. Hətta bu üstün xüsusiyyətli qanadlar ona yüksək sürətdə, istədiyi istiqamətə, istədiyi məsafəyə uçma imkanı verir, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edir. Qanadlarını sürətlə çırpması üçün ağcaqanadın külli miqdarda oksigenə ehtiyacı var. Continue reading

ALLAHIN RƏNG SƏNƏTİ

Heç bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz? Bir anlıq bütün fikirlərinizdən ayrılaraq indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, qısaca desək hər şeyin

qapqara olduğunuzu təsəvvürünüzdə canlandırmağa çalışın. Sizi əhatə edən aləmdə heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç bir rəngi olmasaydı, nə hiss edərdiniz? Bunları təsəvvür etməyə çalışın. Beləbir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi? Continue reading

YARPAQLARIN RƏNGİ

İlıq iqlimlərdə, payız fəslində yarpaqların rəngi dəyişməyə başlayır. Bütün bitkilərin tərkibində bitkiyə rəng verən müxtəlif piqmentlər olur. Yaşıl rəngi verən piqment xlorofil; sarı, qəhvəyi, qırmızı, narıncı rəngin piqmentləri isə karoten və antosiyanindir. Bütün yarpaqlarda bu üç piqmentin olmasına baxmayaraq yarpaqların əksəriyyətinin yaşıl olmasının səbəbi yaşıl rəngi verən xlorofilin gücünün digər piqmentlərə nisbətən daha çox olmasındadır.Payızda bitkilər yarpaqlarını tökməzdən əvvəl yarpaqlarındakı faydalı vəsaitləri geri alırlar. Bu əməliyyat əsnasında da xlorofil pozulmağa başlayır. Continue reading

ÖZÜNƏMƏXSUS MÜKƏMMƏLLİYƏ MALİK BALTA BALIĞI

Böyük yaradılış möcüzəsi olan Balta balığı, okeanların 1000 m dərinliklərində yaşayır. Okean dərinliklərində yaşayan balıqların çoxunda olduğu kimi bu balıq da yaxşı görməsini təmin edən iri gözlərə malikdir və bu gözlər yuxarı baxan şəkildə yerləşdirilmişdir. Bunun səbəbi bu dərinlikdə yaşayan balıqların ümumiyyətlə, üstlərindən keçən balıqları ovlamalarıdır.Amma bu canlılar bir tərəfdən də yuxarıdan gələ biləcək təhlükələrə qarşı görünməz olmaq məcburiyyətindədirlər. Continue reading

AĞACDƏLƏNİN BAŞINDAKI MEXANİK SİSTEM

Ağacdələnlər yuva düzəltmək və qida tapmaq üçün ağacların qabığına davamlı olaraq dimdik vururlar. Bəzi ağacdələnlər bir saniyədə 15-20 dəfə dimdik vururlar. Quşun iki dimdik vuruşu arasındakı zaman fərqi bir saniyədən daha azdır.
Dimdiyi hər dəfə ağaca dəyərkən quşun başı sarsıntı keçirir. Lakin bu sarsıntılar gilas dənəsi boyda olan beyninə təsir etmir. Ağacdələnin sirri boyun sümüklərindədir. Dimdiyi ilə ağaca vurmağa başlayan kimi quşun boynu ilə dimdik düz xətt halında olur. Ən kiçik əyrilik beynini dağıda bilər. Continue reading

By zamansizliqvekadergerceyi

”KAİNATIN SONU VƏ BIG CRUNCH”

Big Crunch (Böyük Çöküş) nəzəriyyəsi Big Bangdən (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Continue reading

120 KQ QALDIRA BİLƏN KƏRTƏNKƏLƏ

Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr. Kellar Autumn başçılıq etdiyi qrupun apardığı araşdırmalara görə gekonun ayağındakı tükcüklər zəif elektrostatik qüvvə təsiri (Van Der Vals qüvvəsi) meydana gətirir. Kərtənkələnin ayağındakı milyardlarla kiçik tükcüklər sayəsində təmas olunan səthlə çox qüvvətli yaxınlıq təmin edilir və 120 kq çəkini qaldıra bilən möhkəm yapışma qüvvəsi meydana gəlir. Continue reading

YUMURTANIN ÜSTÜN DİZAYNI

Bütün canlıları Allah yaratmışdır. Dünyadakı bütün canlılarda Allahın varlığının qəti dəlillərini görmək olar. Möminlər canlılardakı qüsursuz yaradılış xüsusiyyətlərinə baxaraq Allahın üstünlüyünü qəbul edərlər. Allah Quranda belə buyurmuşdur:

“Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır”. (Mömin surəsi, 21)

Hər varlıqda olduğu kimi, quşlarda da Allahın qüsursuz yaratmasının saysız dəlili vardır. Məsələn, quş yumurtaları fövqaladə dizayn xüsusiyyətlərinə malikdir.Bizə çox sadə görünən toyuq yumurtasının qabığında, qolf topunun girintilərini xatırladan 15 minə qədər deşik olur. Bu girintili-çıxıntılı quruluşlar quş yumurtasında böyük bir elastiklik əmələ gətirir və zərbələrə qarşı müqavimətini artırır. Continue reading

FİLLƏR

Yaşadıqları isti və çətin mühitə ən uyğun xüsusiyyətlərlə yaradılmış olan fillərin xortumu çoxlu funksiyaya malikdir. Fil bir tərəfdən xortumu ilə sökdüyü böyük bir ağacın gövdəsini daşıyarkən, digər tərəfdən noxud dənəsini yerdən götürüb ağzına ata bilir. Bundan başqa yuyunmaq, ya da su içmək üçün 4 litr suyu xortumunda daşıya bilir və suyu fəvvarə kimi havaya püskürdə bilir. Lazım olduqda xəbərləşmə vasitəsi kimi istifadə edərək sürüsünü yığa bilir və ya onları qaçmaları üçün xəbərdar edə bilir. 50 min ədəd əzələ ilə əhatə olunmuş bu orqan mükəmməl dizaynı sayəsində çox incəlik və həssaslıq tələb edən əməliyyatları yerinə yetirmə qabiliyyətinə də malikdir. Continue reading