YARADILIŞ DƏLİLLƏRİ

Oturduğunuz yerdən ətrafınıza baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Continue reading

SANİYƏDƏ 500 DƏFƏ ÇIRPINAN QANADLAR

Ağcaqanad, qanadlarını “saniyədə” təxminən “500 dəfə” çırpır. İnsan, öz qollarıyla bu hərəkəti olduqca məhdud sayda reallaşdıra bildiyi halda, o bunu bir saniyədə 500 dəfə edir. Saniyədə 500 dəfə fasiləsiz hərəkət edən belə güclü mexanizm süni olaraq yaradıla bilməz. Müxtəlif vasitələrlə yaradılan buna bənzər mexanizmlər, sürtünmənin şiddətindən qısa müddət sonra yanır. Amma ağcaqanad, həyatı boyunca uçduğu hər saniyədə qanadlarını bu tezliklə çırpır və heç bir problem yaşamır. Hətta bu üstün xüsusiyyətli qanadlar ona yüksək sürətdə, istədiyi istiqamətə, istədiyi məsafəyə uçma imkanı verir, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edir. Qanadlarını sürətlə çırpması üçün ağcaqanadın külli miqdarda oksigenə ehtiyacı var. Continue reading

HEYVAN GÖZLƏRİNDƏKİ MÜXTƏLİFLİK

Balıqlar su altında ikən, quşlar isə uçarkən onlara görmə imkanı verən göz quruluşlarına malikdirlər. Bunlar kimi digər canlıların da göz quruluşları ehtiyaclarına görə yaradılmışdır. Bu, doğru dəyərləndirdikdə insana çox şey qazandıracaq məlumatdır. Göz kimi qarışıq və mürəkkəb quruluşda olan bir orqanın üstəlik hər canlıda müxtəlif xüsusiyyətlərə öz-özünə malik olmayacağı aydındır. Bununla bağlı nümunələri araşdıran və ağıl və vicdanlı düşünən hər insan canlıların Allah tərəfindən yaradıldıqları həqiqətini dərhal anlayacaq. Aşağıda verilən nümunələr bu həqiqəti düşünmək üçün bir yoldur. Continue reading

MEYVƏ VƏ TƏRƏVƏZLƏRDƏKİ MÜKƏMMƏL YARADILIŞ

Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağıla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.İstər heyvanlar, istərsə insanlar bitkilərin verdiyi qidalardan istifadə edərək yaşamaq üçün enerji əldə edirlər. Continue reading

DAĞLARIN YER QABIĞINI MÖHKƏMLƏNDİRMƏ XÜSUSİYYƏTİ

Hal-hazırda üstündə yeridiyiniz, etibarla evlərinizi tikdiyiniz yer qabığı əslində özündən daha qalın olan və “mantiya” adlandırılan təbəqə üzərində də sanki üzürmüş kimi hərəkət edir. Əgər bu hərəkəti nəzarət altında saxlayan bir sistem olmasaydı, yer üzündə daima sarsıntılar, zəlzələlər olardı və Yer kürəsi həyat üçün uyğun olmazdı. Ancaq dağlar və dağların yerin altındakı uzantıları yerin hərəkətlərini, dolayısı ilə, sarsıntıları olduqca azaldır.Dağlar yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində əmələ gəlir. Hərəkət edən iki təbəqə toqquşduğu zaman daha davamlı olanı digərinin altına girir. Continue reading

YAŞAYAN MAŞIN: İNSAN

“Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.”(İnfitar Surəsi, 6-7)

İnsan orqanizmi tamamilə ayrı bir “aləm”dir, yaşayan bir “maşın” kimidir.Bu maşının içərisində ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, Allahın diləməsilə şüur nümayiş etdirən mütəxəssisləşmiş işçilər, tam təchizatlı əsgərlər və bir çox sistem mövcuddur. Orqanizmin daxilindəki sistemlərdə mövcud olan bu nizamı hər cəhətdə sərgilənən üstün dizaynı yaradan aləmlərin Rəbbi Uca Allahdır. Beyin bir kompüterdəki mikrosistemin məlumat kitabçasını təmin edən 4.5 milyon tranzistorun işini tək başına yerinə yetirir. Continue reading