YARADILIŞ HƏQIQƏTLƏRİ: YARPAQLARDAKI MƏSAMƏLƏR OLMASAYDI

Bitkilərdə olan mikroskopik məsamələr, yəni dəliklər son dərəcə əhəmiyyətli vəzifələri olan möcüzələrdir. Yarpaqların üzərində olan bu strukturlar istilik və su ötürülməsini təmin edərək fotosintez etmək üçün lazımlı olan karbondioksidi atmosferdən təmin etməklə vəzifəlidir. Eyni zamanda da lazım olduğu vaxt açılıb bağlana bilən quruluşa sahibdirlər. Məsamələrin maraqlı cəhətlərindən biri isə bunların əksəriyyətlə yarpaqların alt qismlərində yerləşmələridir. Bununla da günəş işığının yarpaq üzərindəki mənfi təsirinin ən az miqdara endirilməsi təmin edilir. Continue reading

MÖHTƏŞƏM YARADILIŞ NÜMUNƏSİ: İŞIQ SAÇAN CANLILAR

İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri kimi məhsuldar işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, enerji itkisinə yol verməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi, eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında istilik ayrılır və bu istilik istilik enerjisinə çevrilir. Ona görə də işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur. Continue reading

İŞIQ SAÇAN DƏNİZ CANLILARI

Dəniz canlılarından bir çoxu atəşböcəkləri kimi işıq verən sistemlərə malikdir. Adətən bundan düşmənlərini yanıltmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bunlardan Comb Jelly (Ctenophora) adlı canlı eynilə meduzalar və dəniz anemonları kimi həssas canlılardır. Mikroskopik bitkilər və kiçik dəniz heyvanları ilə qidalanırlar. Bəziləri ovlarını eynilə balıq tilovu kimi suda hərəkət edən yapışqan lamisə orqanları ilə tuturlar. Bu canlının başqa növünün isə çox geniş açılan və digər Comb Jelly canlıları da daxil olmaqla bir çox canlını udan ağızları var. Comb Jellynin bədənində sıra ilə düzülmüş incə tüklər var və heyvan bu tüklərini suda özünü irəliyə doğru itələmək üçün istifadə edir. Continue reading