YARADILIŞ DƏLİLLƏRİ

Oturduğunuz yerdən ətrafınıza baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Continue reading

ZAMANIN NİSBİLİYİ BİR DAHA SÜBUT EDİLDİ

2004 Oktyabr ayında qəzetlərdə yer alan bu başlıqlar zamanın nisbiliyi mövzusunun bir daha təsdiqləndiyinə diqqət çəkirdi.Nisbilik Nəzəriyyəsini bundan 86 il əvvəl, 20-ci əsrin ən böyük fizikaçısı olaraq xarakterizə edilən Albert Eynşteyn ortaya atmışdır. Görəlilik qaydası olaraq da adlandırılan bu nəzəriyyəyə görə kosmos və zaman eyni dərk olunur. Digər bir deyişlə, mütləq zaman deyə bir şey yoxdur. Kosmos və zamanı qəbul etmə formamız, harada olduğumuza və necə hərəkət etdiyimizə bağlıdır. Buna görə bir cismin sürətinə və mövqeyinə (çəkiliş mərkəzinə olan uzaqlığına) görə, zaman sürətli və ya yavaş keçməkdədir. Continue reading

PROTON VƏ NEYTRONLAR ARASINDAKI MÜVAZİNƏT

Məlumdur ki, hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər və atomun nüvəsindəki müsbət yük elektronları özünə doğru çəkir. Bu səbəbdən elektronlar sürətlərinin onlara verdiyi mərkəzdənqaçma gücünə baxmayaraq nüvənin ətrafından ayrılmırlar. Continue reading

YOXLUQDAN VARLIĞA: BİQ BƏNQ (BÖYÜK PARTLAYIŞ)

Ətrafınızda gördüyünüz hər şeyin, öz bədəniniz, içində yaşadığınız ev, hal-hazırda oturduğunuz kreslo, ananız, atanız, ağaclar, quşlar, torpaq, meyvələr, bitkilər, qısaca desək, bütün canlıların və ağlınıza gələn bütün maddələrin “Böyük Partlayış” ilə var olan atomların birləşməsi nəticəsində əmələ gəldiyini bilirdiniz? Bu partlayışdan sonra kainatdakı qüsursuz nizamın əmələ gəlməsindən xəbəriniz vardı? Bəs bu “Böyük Partlayış” nədir? Continue reading

KAİNATIN HESABLANMASI MÜMKÜN OLMAYAN BÖYÜKLÜYÜ

Möhtəşəm böyüklükdəki kainatın sahib olduğu həssas tarazlıqlar bu qüsursuz nizamın Allahın üstün yaratma sənəti nəticəsində var olduğunu sübut edir.
Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti bildiyimiz kimi günəş sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan günəşin ətrafında dövr edən 9 planetdən və onların 54 peykindən meydana gəlir. Continue reading