YUMURTANIN ÜSTÜN DİZAYNI

Bütün canlıları Allah yaratmışdır. Dünyadakı bütün canlılarda Allahın varlığının qəti dəlillərini görmək olar. Möminlər canlılardakı qüsursuz yaradılış xüsusiyyətlərinə baxaraq Allahın üstünlüyünü qəbul edərlər. Allah Quranda belə buyurmuşdur:

“Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır”. (Mömin surəsi, 21)

Hər varlıqda olduğu kimi, quşlarda da Allahın qüsursuz yaratmasının saysız dəlili vardır. Məsələn, quş yumurtaları fövqaladə dizayn xüsusiyyətlərinə malikdir.Bizə çox sadə görünən toyuq yumurtasının qabığında, qolf topunun girintilərini xatırladan 15 minə qədər deşik olur. Bu girintili-çıxıntılı quruluşlar quş yumurtasında böyük bir elastiklik əmələ gətirir və zərbələrə qarşı müqavimətini artırır. Continue reading